Tetrisxaro–Zalqa sahəsində 49.7km uzunluğunda bərpa işləri, o cümlədən 37.6 km yolun calaqsız relslə quraşdırılması, 75 544 ədəd yeni R-65 tipli relslər döşənməsi işləri görülür. Bu sahədə uzunluğu 3.7 km olan dəmir yol quraşdırılacaqdır. 12.1 km dolayı yolda yeni R-65 tipli rels 10 200 ədəd ağac şpal döşənir.

Tetrisxaro–Zalqa sahəsində 114 mövcud tikilidən 103- də yenidənqurma – bərpa işləri aparılır. Yeni 3 viyadük, 4 dəmir-beton boru, 1 beton çəpər divarı, 1 körpü, 1 sürüşməyəqarşı qurğu tikilir.

3 ədəd  viyadük ən yeni “Viakon” texnologiyası ilə  icra olunacaqdır. Viyadüklər qalvanizasiya edilmiş büzmələnmiş metalkonstruksiyalarla tikilir.