Ən yaxın gələcəkdə Axalkalakinin dünyada məşhur olan Alman memarı Yurqen Meyerin layihələşdirdiyi Avropa standartı ilə, müasir memarlıq görkəmli qəşəng vağzal binası olacaqdır. Bu stansiya həm yük, həm də sərnişin daşımalarını təmin edəcəkdir. Bakı–Tbilisi–Stambul dəmir yolunda ən yeni, müasir tipli qatarlar hərəkət edəcəkdir. Bu qatarların bir nadir xüsusiyyəti vardır: Qatarın yol rejimini dayanmadan dəyişdirməsi. Belə ki, Gürcüstan ərazisinin əksər hissəsi hələ də sovet tipli yollardır, Axalkalakidən isə başlamış sovet yollarından dar olan avropa tipli dəmiryol xətti salınır, bu da o deməkdir ki, qatara orta hesabla ən azı 2 saat lazımdır ki, təkər cütlükləri dəyişdirilsin.