Эцржцстан яразиси

 

Gürcüstan sahəsində bütovlükdə 180 km dəmiryol xətti keçir.

Hazırda Gürcüstan sahəsində tikintidə 1100 nəfər işlə təmin edilmişdir. Dəmir yolunun işə düşməsindən sonra isə layihə üzrə işlə 2500 nəfər təmin ediləcəkdir, onların böyük əksiriyyəti yerli ehtiyatlar hesabına doldurulacaqdır.

Yeni dəmir yolu il ərzində 1 milyon sərnişin daşimaq potensialına malik olacaqdır, ilk mərhələdə 5 milyon ton yük daşınacaq, sonra bu imkan daim artacaq və ikinci mərhələdə il ərzində 15 milyon ton yük daşınması planlaşdırılır.

O fakt da qeyd olunmalıdır ki, Marabda – Kartsaxi dəmir yolu Avropada dəmir yolları arasında dəniz səviyyəsindən ən yüksəkdə olan dəmir yolu olacaqdır.