Zalqa–Axalkalaki sahəsində bərpa işləri 74 km yolda, o cümlədən 55.829 km yolda calaqsız relslər quraşdırılır, yeni R-65 tipli rels yola 105 967 ədəd dəmir – beton şpallar döşənir. 18.171 km yeni dolayı dəmir yoluna yeni R-65 tipli rels və 40 207 ədəd ağac şpal döşənir.
Zalqa–Axalkalaki sahəsində 149 mövcud tikilidən 133 - də yenidənqurma – bərpa işləri aparılır. Yeni 4 viyadük, 8 beton çəpər divarı, 4 qardan mühafizə qalereyası tikilir. 4 ədəd viyadük yolunun və 4 qalereyanın tikintisi ən yeni “Viyakon” texnologiyası ilə aparılır. Viyadük və qalereyalar qalvanizasiya edilmiş büzmələnmiş metalkonstruksiyalarla tikilir.