Marabda–Tetrisxaro sahəsində 29.2 km uzunluğunda yolun bərpası, o cümlədən 23.965 km calaqsız rels yolunun quraşdırılması, yeni R-65 tipli relslərlə və 45 989 ədəd dəmir-beton şpallarla döşənməsi keçirilir. Həmin sahənin 24 - cü km –ndə uzunluğu  5.1 km olan yeni R - 65 tipli relslə və 10 200 ədəd ağac şpallarla döşənmiş dolayı yol quraşdırılacaqdır.  

Marabda–Tetrisxaro sahəsində 56 mövcud tikilidən 50 - də yenidənqurma – bərpa işləri aparılır.  Yeni 2 viyadük, 4 dəmir-beton boru, 1 beton çəpər divarı tikilmişdir.